HAQQIMIZDA

ŞİRKƏT HAQQINDA

"Polymart" MMC 2015-ci ildə istehsal fəaliyyətinə başlamışdır. Bu gün "Polymart" MMC-nin tərkibində bir zavod (3000 m2), beş nümayəndəlik, iki xarici ölkədə ofisi (Türkiyə və Gürcüstan), bir neçə mağaza və baş ofisi fəaliyyət göstərir.
Zavodumuzda Almaniya, Avstriya və İtaliya istehsalı olan istehsal avadanlıqlar quraşdırılmışdır. Bu da yüksək keyfiyyətli, standartlara cavab verən, müxtəlif ölçülərdə və parametrlərdə, P-Plast markalı boru və boru birləşmələrin istehsal etməyə imkan verir. Zavod aylıq 1500 ton plastik boru və fitinqlər istehsal etmək gücünə malikdir.
Zavod da istehsal olunan məhsullar aşağıdakılarıdır:

•     P-PLAST MARKALI POLİETİLEN (HDPE) BORULARI VƏ FİTİNQƏRİ;
•     P-PLAST MARKALI POLİETİLEN (HDPE) KORUGE BORULARI VƏ FİTİNQƏRİ;
•     P-PLAST MARKALI POLİETİLEN (HDPE) QAZ BORULARI VƏ FİTİNQƏRİ;
•     P-PLAST MARKALI PVC TULLANTI SU BORULARI VƏ FİTİNQƏRİ;
•     P-PLAST MARKALI U-PVC TƏZYİQLİ SU BORULARI VƏ FİTİNQƏRİ;
•     POLİPROPİLEN (PPRC) SU BORULARI VƏ FİTİNQƏRİ;
•     YÜKSƏK TEMPERATURA DAVAMLI PERT BORULARI VƏ FİTİNQLƏRİ;
•     PVC KABEL BORULARI VƏ FİTİNQLƏRİ.

“Polymart” MMC yerli istehsala üstünlük verməsi ilə yanaşı, həmçinin bir sıra xarici ölkə istehsalçılarının (İsveçrə, Almaniya, İtaliya, Türkiyə və s.) Azərbyacanda rəsmi təmsilçiləridir. Su, qaz və kanalizasiya sistemlərinin qurulmasında tələb olunan materialların və avadanlıqların: qaynaq avadanlıqlarının, siyirtmə və demontaj hissələrinin, yanğın və sulama hidrantlarının, nasos və nasos sistemlərinin, quyu qapaqları və drenaj sistemlərinin, təmir xamutlarının, suvarma sistemlərinin və s. idxalı və satışı ilə məşğuldur.
Bütün məhsullar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş Uyğunluq sertifikatına və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş Gigiyenik sertifikata malikdir.

Missiya və hədəflər

Yerli brend olaraq, "Polymart" MMC “Made in Azerbaijan” markası ilə Azərbaycanı ölkə xaricində də layiqincə təmsil edir. Belə ki, Rusiya, Qazaxstan, Ukrayna və Gürcüstan kimi qonşu ölkələrə Polymart MMC tərəfindən istehsal edilən məhsullar ixrac edilir.
Daim dinamik inkişafda olan Polymart MMC müştərilərinə onların ən iddialı layihələrini gerçəkləşdirmək üçün yaxından kömək edir.Ümid edirik ki, bundan sonra da irəli addımlayaraq, bir Azərbaycan brendi kimi xarici bazarlarda daha da layiqli şəkildə öz sözümüzü deyəcəyik.  

Prinsiplər

  • Peşəkarlıq
  • Mükəmməl xidmət
  • Məxfilik
  • Məsuliyyət