MƏHSULLAR

x

Polipropilen (PPRC) su boruları və fitinqlər

DİN 8077/78, TS11451/11755 и AZS 064-2001 standarlarına müvafiq olan içməli su boruları. 20 bara (suyun borudakı daimi təzyiqi) qədər atmosfer təzyiqinə davamlıdır. Borular +93°С-yə qədər qaynar suya davamlıdır və korroziyaya məruz qalmırlar. İçməli su üçün istifadə edilən polipropilen borular bütün ekoloji təhlükəsizlik və xidmət personalının şəxsi təhlükəsizlik tələblərinə cavab verir. +20°С temperaturda istismar müddəti 50 ilə qədərdir. Bu borular daha hamar daxili səthə və metal borular ilə müqayisədə daha alçaq istilik ötürücülük qabiliyyətinə malikdir. P-plast markalı PPRC boruları bu göstəricilərin sayəsində daha az itkilərin olması ilə fərqlənir və bu borular üçün daha az izolyasiya materialı tələb olunur.