Polymart – Plastikin Gücü

POLYMART məşhur türk şirkətinin məhsullarını təqdim etdi

POLYMART şirkəti Azərbaycanda rəsmi nümayəndəsi olduğu Türkiyənin məşhur DUYAR şirkətinin məhsullarının təqdimat mərasimi Boulevard Hotel – də keçirildi. Təqdimat mərasimində iştirakçılara, DUYAR şirkətinin təqdim etdiyi layihələndirmə, yanğın və siyirtmə sistemləri haqqında ətraflı mühəndis-texniki məlumatlar verildi. Bu gün DUYAR şirkəti dünyanın 70-dən artıq ölkəsinə öz məhsullarını ixrac edir. Xatırlatmaq istərdik ki, müxtəlif ölçülü P-Plast markalı boru və boru birləşmələri istehsal edən POLYMART şirkəti, öz sahələrində dünya lideri olan 14 şirkətin, o cümlədən DUYAR şirkətinin Azərbaycanda yeganə rəsmi nümayəndəsidir. Daim dinamik inkişafda olan POLYMART, müştərilərinə onların ən iddialı layihələrini gerçəkləşdirmək üçün yaxından kömək edir.