İstehsal etdiyimiz P-Plast markalı HDPE borular içməli suların bir yerdən digər bir yerə nəql edilməsi üçün AZS 806-2-2014 standratı çərçivəsində istehsal edilir. HDPE boruları aşağıdakı xüsusiyyətləri mövcuddur:
• HDPE boruların normal şəraitdə istismar müddəti 50 ildən 100 ilə qədərdir.
• HDPE Borularda korroziya, oksidləşmə, mikroorqanizm əmələ gəlməsi və s. deformasiyalar baş vermir.
• HDPE Boruları -50 °C ilə +60 °C kimi çox yüksək temperatur aralığında etibarlı şəkildə istifadə edilə bilər.
• HDPE Boruları su ilə reaksiyaya girmədiyi üçün içindən keçən suyun xüsusiyyətlərini dəyişmir.
• HDPE Boruları qələvi və turşulara qarşı yüksək dayanıqlı olmasına baxmayaraq, ekoloji cəhətdən təmiz və UV şüalarına davamlıdır.
• Elastik quruluşu sayəsində sarsıntılar, titrəyişlərdən və hətta zəlzələlərdən minimal təsirlənirlər.