İstehsal etdiyimiz P-Plast markalı PVC borular AZS 727-2012 standartı çərçivəsində istehsal edilməkdədir. PVC borular şəbəkə sularının istifadəsi nəticəsində əmələ gələn tullantı sularını, binanın xaricindəki əsas kanalizasiya sistemlərinə və ya drenaj kanallarına ötürülməsi üçün istifadə edilən boru növüdür. Bu gün tikinti sektorunda müasir binalardan əsas kanalizasiyaya sistemlərinə gedən xəttlərin çəkilməsində PVC borulara üstünlük verilir. PVC borularda istifadə olunan xammal sərt plastik olduğundan uzun illər qırılmaya və aşınmaya davamlıdır.