Quru nəzarət siqnal klapanı, isidilməyən ərazilərdə ətraf mühitin temperaturunun +4°C-dən aşağı düşmə ehtimalı olan yerlərdə, sprinkler sistemindəki suyun donmasının və sistemdə istifadə edilən aksessuarların zədələnmə risklərinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur.
Bu sistemdə su əvəzinə hava və ya azot qazı olur. Hadisə baş verdiyi zaman sprinklerin partlası nəticəsində sistemdə olan hava (və ya azot qazı) çölə çıxır və rezervuarda olan su yanğın ərazisinə nəql edilir.