Nasos çıxışlarına və boru kəmərlərinə su verildikdə sistemdə meydana gələn hava yığılmaları suyun keçid sahəsini daraldır və məhsuldarlığın azalmasına səbəb olur. Bu mənfi prosesin qarşısını almaq üçün tək kürəli və cüt kürəli vantuzlardan istifadə olunur. Sistemdə əmələ gələn hava, sudan əvvəl vantuza dolaraq qapaqdakı dəlikdən çölə atılır. Daha sonra, vantuza su dolur və topu yuxarı qaldırır, bu zaman dəliklər bağlanaraq sızdırmazlığı təmin edilmiş olur.