Polymart MMC-nin baş icraçı direktoru MÜSİAD Azərbaycana yeni rəhbər seçilib -
Polymart MMC-nin baş icraçı direktoru MÜSİAD Azərbaycana yeni rəhbər seçilib -
Polymart MMC-nin baş icraçı direktoru MÜSİAD Azərbaycana yeni rəhbər seçilib -

Polymart MMC-nin baş icraçı direktoru MÜSİAD Azərbaycana yeni rəhbər seçilib -

100 2399
07.02.2023
100 2399 07.02.2023

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan ofisinə yeni rəhbər seçilib.

MÜSİAD-dan FED.az-a verilən məlumata əsasən, yeni rəhbər olaraq, MÜSİAD Azərbaycan şöbəsinin vitse-prezidenti Rəşad Cabirli seçilib.

R.Cabirlinin ictimaiyyətə təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və MÜSİAD Türkiyə ofisinin vitse-prezidenti Davut Altunbaş da iştirak edib.

Təqdimat mərasimində çıxış edən R.Cabirli MÜSİAD Azərbaycan bürosunun bundan sonra da iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində göstərdiyi səyləri davam etdirəcəyini bildirib.

R.Cabirli ona göstərilən etimada görə təşəkkür edib.

“Mənə göstərilən etimada görə cənab Abdurrahman Uzun başda olmaqla, idarə heyətinin üzvlərinə, dəyərli MÜSİAD Azərbaycan ailəsinə, MÜSİAD-ın prezidenti cənab Mahmut Asmalı başda olmaqla bütün MÜSİAD rəhbərliyinə təşəkkürümü bildirirəm. Necə bir cavabdehlik daşıyacağımın fərqindəyəm. MÜSİAD-da vəzifə almaq bayraq yarışına bənzəyir. İnanıram ki, Allahın izni ilə əmanət olaraq aldığım bu bayrağı rəhbərlərimin, MÜSİAD ailəsinin və sizlərin dəstəyi ilə, birlik və bərabərlik şəraitində daha uca zirvələrə daşımaqla vəzifəmi layiqincə yerinə yetirərək məndən sonrakı üzvümüzə təslim edəcəyəm. Bu şərəfli və dəyərli vəzifəni daşıdığım müddətdə var gücümlə çalışacağıma sizin qarşınızda söz verirəm", - deyə o qeyd edib.

1983-cü ildə Azərbaycanın Quba rayonunda doğulan R.Cabirli orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə qəbul olub və 2004-cü ildə həmin universitetin bakalavr, 2006-cı ildə magistr pilləsi üzrə təhsilini başa vurub.

2019-cu ildə Türkiyənin Bahçeşehir Universitetinin (BAU) İdarəetmə (İşletme) fakültəsinə qəbul olub, 2020-ci ildə həmin fakültəni bitirərək MBA (Master of Business Administration) dərəcəsi alıb.

R.Cabirli Şimali İrlandiyanın Queen's Universitetində (Queen's University Belfast), Türkiyənin İstanbul Texniki Universitetində (İTÜ) sertifikat proqramlarında uğurla iştirak edərək müxtəlif sertifikatlar almışdır.

2005-ci ildə "Baku Steel Company"-də Kimyəvi sınaq laboratoriyasında laborant olaraq əmək fəaliyyətinə başlayan R.Cabirli daha sonra kimyaçı mühəndis kimi fəaliyyətinə davam edib.

2008-2010-cu illər ərzində fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub və 2010-2014-cü illər ərzində "NJT" şirkətində Satış və Marketinq şöbəsinin müdiri olaraq çalışıb.

Daha sonra 2015-ci ildə "Polymart MMC"-ni təsis edərək sahibkarlıq fəaliyyətini davam etdirib. Hazırda həmin şirkətdə Baş İcraçı Direktor vəzifəsini icra edir. 2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvüdür.

2019-cu ilin avqustundan bu günədək MÜSİAD Azərbaycanda İdarə Heyəti Sədrinin müavini, Qlobal komitənin rəhbəri olaraq fəaliyyət göstərib.

2018-ci ilin dekabrından etibarən MÜSİAD Azərbaycanın üzvüdür. Evlidir, 3 övladı var.

Qeyd edək ki, MÜSİAD Azərbaycan şöbəsinin bundan öncəki prezidenti Abdurrahman Uzun olub (Trend).

Xəbər linkinə keçin - fed.az

Son Xəbərlər

Tərəfdaşlar
Tərəfdaşlar
Hamısı Hamısı